Autosarkofaqiya

Autosarkofaqiya psixoloji xəstəlik növüdür. Bu pozuntu ağır və təhlükəli xəstəliklər siyahısına aiddir. Autosarkofaqiya xəstənin öz bədənini yeməyə olan həvəsini aradan qaldıra bilməməsinə deyilir. Bu bir növ özünə yönəlmiş kannibalizm kimidir. Bu zaman həkimlər xəstənin öz-özünü yeməsinin qarşısını almağa çalışırlar. Ən dəhşətlisi budur ki, xəstənin özü baş verənləri anlamır və trans vəziyyətindəymiş kimi özünə zərər verir. Bu çox nadir psixi pozuntunu müasir tibb tarixində cəmi bir neçə dəfə qeydə alınıb. Lakin xəstəliyin az rast gəlinməsi onun dəhşətli olmasının qarşısını almır.