Avanqard (fr. avant-garde; fr. avant – əvvəl və fr. gard – keşikçi, mühafizəçi) — 1920-ci illərdə Fransada kommersiya kinematoqrafiyasından fərqli olaraq yaranan kinematoqrafiyanın inkişaf istiqaməti. "Avanqard" termini bəzən "eksperimental kinematoqrafiya" anlayışının sinonimi kimi istifadə olunur.[1]
Kino avanqardı innovativ ifadə vasitələrindən istifadə, bədii yaradıcılığa eksperimental yanaşma, çox vaxt klassik kino estetikasından kənara çıxmaqla xarakterizə olunur. Bu, Fransa, Almaniya və Rusiyada teatr, rəssamlıq və ədəbiyyatda ümumən innovativ cərəyanlarla sıx bağlıdır.
Kino avanqard sənətkarlarının fəaliyyəti digər sənət növlərinin nəzəriyyəsinə əsaslanan kinematoqrafiya nəzəriyyəsinin inkişafı ilə bağlıdır. Avanqard kinoya tez-tez distribusiya baxımından art haus deyilir.