Avanti çarlığı (sanskr. अवन्ति) — Mərkəzi Hindistanda, Malva yaylasında qədim dövlət. Müasir Madhya-Pradeş ştatının ərazisində mövcud olmuşdur. Paytaxtı Udcayn şəhəri olmuşdur. Bəzi salnamələrdə Mahişmati şəhəri də Avantinin paytaxtı adlanır. Alimlərə görə, Udcayn və Mahişmati şəhərləri Avantinin müxtəlif hissələrinin paytaxtları olması ehtimalı da mövcuddur. Buddizm dövründə Avanti dinin yayılması üçün bir mərkəzə çevrilmişdir. Buddist salnamələrində Avanti 16 mühüm dövlət arasında qeyd olunur. Avanti bir sıra qonşu əraziləri ilhaq edərək dörd əsas Şimali Hindistan əyalətindən birinə çevrilmişdir.[1]
Avanti b.e. IV əsrdə Çandraqupta Maurya tərəfindən fəth edilmişdir.[1]