Avarta FK — Danimarkanın 2-ci divizionunda çıxış edən peşəkar Danimarka futbol klubudur. Klub Danimarkanın üçüncü liqasının ən yaxşılarından hesab olunur. Klub öz ev oyunlarını Kopenhagen şəhərinin Rodovre bölgəsində yerləşən, tutumu 6000 nəfər olan Espelundens İdretsanleq stadionunda keçirir.
Avarta FK | |||
---|---|---|---|
Klubun tam adı | Boldklubben Avarta | ||
Ölkə | Danimarka | ||
Ləqəb(lər) | De Grønne (Yaşıllar) | ||
Yaranma tarixi | 20 yanvar 1953 | ||
Stadionu | Espelundens İdretsanleq, Kopenhagen | ||
Tutumu | 6000 | ||
Prezidenti | Kennet Pedersen | ||
Baş məşqçisi | Benni Qall[1] | ||
Liqa | Danimarka 2-ci divizionu | ||
2016-17 | 2-ci Divizon P1, 4-cü | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
Boldklubben Avarta 20 yanvar 1953-cü ildə Rødovrevejens Boldklub adı altında təsis edilmişdir. İlk ilində klub ev oyunlarını Rodovre stadionunda keçirirdi. 1960-cı ildən isə klub öz rəqiblərini Espelundens İdretsanleq stadionunda qəbul edir.[2]
Komanda 2005-06 mövsümündə Danimarka 2-ci divizounun Şərq qrupunu tərk etmişdir. Lakin klub iki il Danimarka Seriya Pul 1-də çıxış etdikdən sonra 2008-09 mövsümündə Danimarka 2-ci divizounun Şərq qrupuna yenidən vəsiqə qazanmışdır.
1 avqust 2017-ci il məlumatlarına əsasən.
|
|