Aventurin

Avanturin[1] — yaşıl, narıncı və mavi çalarlarda olan kvarsa deyilir. Yaşıl rəngli olanı daha geniş yayıldığından "aventurin" dedikdə, ilk ağla gələn məhz yaşıl rəngli daş olur. Aventurin, əsasən, Hindistan, BraziliyaRusiyadan çıxarılır. Braziliyadakı yataqlardan əldə edilən daha dəyərli sayılır.

Aventurin
Aventurin
Aventurin
Rəng yaşıl, narıncı, mavi
Ölkə Hindistan, Braziliya, Rusiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumilikdə, yarıqiymətli daş olsa da, qiymətli daşlara güclü rəqib sayılır. Zinət əşyalarının hazırlanmasında ondan geniş istifadə edilir. Hətta bəzən Hollivud ulduzları belə zümrüd, almaz kimi bahalı daşlar əvəzinə məhz aventurindən istifadə edirlər. Bəlkə də bunda, aventurinin qədim zamanlardan bəri şəfa qaynağı hesab edilməsinin rolu var. Belə ki, digər daşlarla müqayisədə aventurinin şəfalı xüsusiyyətləri daha çox olduğu düşünülür. Xüsusilə, mistik qüvvələrə inananlar bu daşı çox sevirlər.

Qədim zamanlardan bəri aventurin “şans daşı”, bəzən də “ulduz daşı” adlandırılıb. Cənubi Amerikada yaşayan şamanlar aventurini müqəddəs daş hesab edirlər. Onlar bir çox ritualları aventurin vasitəsi ilə həyata keçirirlər. Avropanın bəzi ölkələrində aventurin daşından 6-cı hissi qüvvətləndirmək, öncəgörmələr üçün istifadə olunub. Daş inasanın özünü daha xoşbəxt və azad hiss etməsinə səbəb olur.

Hər şəfalı daş kimi aventurin də ilk istifadədən öncə mütləq təmizlənməlidir. Onu axar su altında 5 dəqiqə saxlayın. Əgər aventurin hər hansı bəzək əşyasının üzərindədirsə, onu sirkəli su ilə silin. Daşı günəşin altında 24 saat saxlamaq da eyni effekti verir. Daş 20 gündən bir təmizlənməlidir.

  1. Авантурин // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 33.