Aviasiya sənayesi — aviasiya texnikasının inkişafı, istehsalı, sınaqdan keçirilməsi, təmiri və utilizasiyasının həyata keçirildiyi sənaye sahəsi. XX əsrin əvvəllərində yaranmış, Birinci və İkinci Dünya müharibələri arasındakı illərdə əsas sənaye sahəsinə çevrilmişdir. İstehsalın yüksək səviyyədə kooperasiyası və konsentrasiyası ilə texniki cəhətdən ən qabaqcıl mühəndislik sahələrindən biridir.[1]