Avrodollar

Avrodollar — adətən Avropada banklarda ABŞ dolları əmanətləridir. Depozit ABŞ hüdudlarından kənarda aparıldığı üçün Federal Ehtiyat Sisteminin və Qiymətli Kağızlar və Birja Komissiyasının bank qaydalarından qaçır.[1]

Dollarla olan bank hesabları banklara beynəlxalq kapital bazarında əməliyyatlar üçün dollar valyutasından istifadə etməyə imkan verir.

Avrodollar fyuçersləri

[redaktə | mənbəni redaktə et]

Avrodollar fyuçersləri ABŞ-da CME birjasında satılır və ən populyar faiz fyuçersləri arasındadır. Avrodolların (P) tədarükü üzrə müqavilənin həcmi aşağıdakı sxem üzrə hesablanır:

,

burada Q — fyuçerslərin hesablama qiyməti.[2]

  1. Chen, James. "Eurodollar Definition". Investopedia (ingilis). 2021-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  2. Hull J. C. Interest Rate Futures // Options, futures and other derivatives (9). University of Toronto. 2015. 141. ISBN 0133456315.