Bu məqaləni vikiləşdirmək lazımdır. |
Avropa Birliyi sülhü qorumaq, iqtisadi və sosial irəliləməni təmin etmək məqsədilə toplanmış 25 Üzv Dövlətdən ibarətdir. Birliyin içində ortaq qurumları olan üç İttifaq yer alır. Birincisi 1951-ci il tarixli Paris Anlaşması ilə qurulan Avropa Kömür və Polad Birliyidir. Daha sonra 1957-ci il tarixində Roma Anlaşması ilə Avropa İqtisadi Birliyi və Avropa Atom Enerjisi Birliyi (EURATOM) qurulmuşdur. İttifaqlar bu müddətin sonunda üzv dövlətlər arasındakı bütün daxili sərhədləri ləğv edərək vahid bir bazar qurublar. 1992-ci ildə Maastrichdə imzalanan Avropa Birliyi Anlaşması ilə iqtisadi və pul birliyi formasında irəliləyən və məlum sahələrdə hökumətlərarası əməkdaşlığı əhatə edən bir Avropa Birliyi qurulmuşdur. Avropa Birliyini isə bənzəri olan iqtisadi birliklər və ya əməkdaşlıq elədiyi qurumlardan fərqləndirən ən böyük xüsusiyyət təşkilati bünövrəsidir. Birliyi idarə edən qurumlar bunlardır: Demokratik yollarla seçilən Parlament, Üzv Dövlətləri təmsil edən və nazirlərdən ibarət Şura, Avropa Dövlət və Hökumət Başçıları Zirvəsi, Anlaşmaların qoruyucusu olan Komissiya, Birliyin hüququna uyğunlaşmanı təmin edən Ədalət Divanı və Birliyin Maliyyə idarəsinə nəzarət edən Ali maliyyə məhkəməsi. Bundan başqa iqtisadi, sosial və regional mənfəət qruplarını təmsil edən müxtəlif məsləhət heyətləri vardır. Birliyin taraz inkişafına yardım edən layihələrin maliyyələşdirilməsini asanlaşdırmaq məqsədilə qurulan bir Avropa İnvestisiya Bankı mövcuddur. Bunlardan başqa Avropa Pul İnstitutu, Mərkəzi Avropa Bankı və təftişetmə qurumu və şikayət qəbul edən Ombudsman mövcuddur.
Avropa Parlamenti- Üzv dövlətlərin milli parlamentləriylə oxşar haqlara sahib olan Avropa Parlamenti AB xalqlarının demokratik siyasi iradəsini təmsil edir. 1979-cu ildən bu yana vahid dərəcəli ümumi seçimlə 5 illik iş başına gələn Avropa Parlamentinin cavabdehlikləri bunlardır: Komissiya tərəfindən edilən qanun təkliflərini Şuraya da bildirərək (məsləhət üsulu, əməkdaşlıq üsulu, ortaq- qərar üsulu, Parlamentin fikir uyğunluğu) qanuniləşdirir. Bundan başqa hər il Dekabr ayında Avropa Birliyi büdcəsini (1995-ci ildə təxminən 80 milyard ECU) təsdiqləyir.
Avropa Zirvəsi — Avropa Zirvəsi AB-yə üzv ölkələrin dövlət və hökumət başçılarıyla Avropa Komissiyası Başçısını qurulmuş olduğu 1974-cü ildən bəri ildə ən azı iki dəfə bir araya gətirir
Avropa Şurası — Avropa Şurası üzv ölkələrin Xarici İşlər Nazirlərindən ibarət olmaqla birlikdə gündəmdəki mövzuya görə ələ alınacaq mövzularla əlaqəli nazirlər səviyyəsində təmsilçilərdən də təşkil oluna bilər. Cəmi 9 fərqli Şura tərkibi vardır: Ümumi İşlər və Xarici əlaqələr, İqtisadi və Maliyyə İşləri (Ecofin), Ədalət və Daxili işlər, Xidmətə alma, Sosial Siyasət, Sağlamlıq və İstehlakçı Haqları, Rəqabətlilik (Daxili Bazar, Sənaye və Araşdırma), Nəqliyyat, Telekommunikasiya və Enerji, Kənd təsərrüfatı və Balıqçılıq, Təhsil, Gənclər və Mədəniyyət.
Avropa Komissiyası — Avropa Komissiyası AB siyasətilərinin planlaşdırıcısı və koordinatorudur. Qanun təklifləri hazırlayır, Parlament və Şuraya təqdim edir. Ədalət Divanı və Bidayət Məhkəməsi — Ədalət Divanı 15 hakim və onlara kömək edən doqquz qanun keçikçisindən ibarət olur. Bununla yanaşı 1989-cu ildə 15 hakimdən ibarət olan bir Bidayət Məhkəməsi də qurulmuşdur.
Ali Maliyyə Məhkəməsi — Mərkəzi Lüksemburqda yerləşən Ali Maliyyə Məhkəməsi 1975-ci ildə qurulmuşdur, Avropa Birliyi büdcəsinin qayda və məqsədlərə görə istifadə edilməsini təmin edir
İqtisadi və Sosial Komitə və AKPB məsləhət Komitəsi — İqtisadi və Sosial Komitə fərqli təzyiq qruplarının Avropa Birliyində təmsilinə şərait yaradan məsləhət qurumudur. Komitə Avropa Şurasına, Komissiyaya və Parlamentə məsləhətçilik edir və işləri ilə bu qurumların daha demokratik qurum olmasını təmin edir.
Bölgələr Komitəsi — Bölgələr Komitəsi Avropa Birliyi anlaşmasıyla qurulmuşdur. Yerli və regional məqamları təmsil edən 317 əsas və 317 ehtiyat üzvü vardır. Avropa İnvestisiya Bankı — Avropa Birliyinin maliyyə qurumu olan Avropa İnvestisiya Bankı 1958-ci ildə Roma Anlaşması ilə Birliyin hədəflərini həyata keçirməsinə kömək edərək investisiyanı maliyyələşdirmək məqsədilə qurulmuşdur
Avropa Mərkəzi Bankı və Avropa Pul İnstitutu — Avropa Mərkəzi Bankı (ECB) Avropa Pul Birliyinin yaranmasından etibarən 1 oktyabr 1998-ci ildə fəaliyyətə başlamış, yeni pul vahidi Euro da 1 yanvar 1999-cu ildə bank işlərində istifadə edilməyə başlamış və 1 yanvar 2002-ci ildə tədavülə çıxarılmışdır.
Ombudsman — Ombudsman Avropa Birliyi ölkələrində yaşayan şəxslərin, qurumların və şirkətlərin haqlarını hər hansı bir pis idarəetmə tətbiq olunması qarşısında qorumaqla vəzifələndirilmiş yoxlama qurumu və şikayət müraciəti olunan yer, yəni məqamdır