Avropa Kompüter Ticarət Şousu

European Computer Trade Show (ECTS, azərb. Avropa Kompüter Ticarət Şousu‎) — Avropada IT sahəsinə, xüsusilə də kompüter oyunları sənayesinə həsr olunan illik tədbir. Birinci tədbir 1989-cu ildə, axırıncı tədbir isə 2004-cü ildə keçirilmişdir.

Avropa Kompüter Ticarət Şousu
azərb. Avropa Kompüter Ticarət Şousu
Status fəaliyyət göstərmir
Janr Videooyun
Tarix(lər) hər ilin avqust–sentyabr ayları
Məkan London; Bax: Tədbirlər
Ölkə
Yaradılıb 1989

İlkin olaraq, ECTS sadəcə sənayedəki peşəkar şəxslər və jurnalistlər üçün nəzərdə tutulmuşdu.[1] Buna baxmayaraq, icazəsiz şəxslər tez-tez saxta kimliklərlə tədbirdə iştirak edirdi. Bu kimi halların çox olması tədbirin ictimaiyyətə açıq şəkildə keçirilməsinə səbəb olmuşdur.

ECTS tədbirləri 1995-ci ildəki tədbir istisna olmaqla, hər ilin avqust–sentyabr aylarında keçirilirdi. Tədbir həmişə Böyük Britaniyanın paytaxtı olan London şəhərində keçirilmişdir.

Tədbirin təşkilatçısı "CMP Media" 2005-ci ilin aprel ayında tədbiri ləğv etdiklərini anons etmişdir.

İl Tarix Məkan
1989 16–18 aprel Business Design Centre
1990 1–3 aprel Business Design Centre
1991 14–16 aprel Business Design Centre
1992 12–14 aprel Business Design Centre
6–8 sentyabr Business Design Centre
1993 4–6 aprel Business Design Centre
5–7 sentyabr Business Design Centre
1994 10–12 aprel Business Design Centre
4–6 sentyabr Business Design Centre
1995 26–28 mart Olympia
10–12 sentyabr Olympia
1996 14–16 aprel Olympia
9–10 sentyabr Olympia
1997 7–9 sentyabr Olympia
1998 6–8 sentyabr Olympia
1999 5–7 sentyabr Olympia
2000 3–5 sentyabr Olympia
2001 2–4 sentyabr ExCeL
2002 29–31 avqust Earls Court Exhibition Centre
2003 27–29 avqust Earls Court Exhibition Centre
2004 1–3 sentyabr Earls Court Exhibition Centre
  1. Rider, David; Semrad, Ed. "ECTS: The European Game Show Sets London on Fire!". Electronic Gaming Monthly. No. 88. Ziff Davis. November 1996. 160–1.