Avropa Turizm Ticarət Yarmarkaları Assosasiası

Avropa Turizm Ticarət Yarmarkaları Assosasiası və ya qısaca ETTFA — beynəlxalq regional turizm təşkilatıdır.

Avropa Turizm Ticarət Yarmarkaları Assosasiası
ETTFA
Növü regional
Yaranma tarixi 1993
Mərkəzi Brüssel, Belçika

1993-cü ildə təsis edilən beynəlxalq qurum 11 yarmarkanı özündə birləşdirir. Mənzil-qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində yerləşir.

Sərgi turizminin inkişafına cavabdeh olan beynəlxalq qeyri-hökumət təşkilatı kimi beynəlxalq turizm sərgiələrinin fəaliyyətinin tənzimlənməsi mexanizmini təmin edir.

Assosasianın əsas məqsədi beynəlxalq turizm yarmarkalarının səmərəli təşkili və keçirilməsinə yardım etməkdir. EETFA-nın vəzifələrinə aşağıdakılar aiddir: turizm şirkətlərinin və təşkilatlarının beynəlxalq sərgi-yarmarkalarda uğurlu təmsil olunmasını təmin etmək; üzv-təşkilatların yarmarkalarında vahid standartların tətbiqi; iştirakçılara münasibətdə xidmət keyfiyyətinin təmin olunması; üzv-təşkilatların ümumi mənafeyini təmin etmək; yarmarkaların əsas iştirakçılarına dair məlumatlar bazasını formalaşdırmaq.