Avropa ançousu, həmçinin siyənəyəoxşar dəniz balığı,[2]xamsa,[2][3]xəmsi[4] və ya hamsi[5] (lat.Engraulis encrasicolus) — ançous (Engraulidae) fəsiləsindən balıq növləri.
Yetkinlərinun bədən uzunluğu adətən 12–15 santimetr olur və 20 santimetrdən uzun olmur.[6]
Bədən uzunsov, alçaq, sikloid pulcuqlarla örtülmüş, başı yanlardan çılpaqdır. Axçası nazikdir və asanlıqla yığılır. Üst çənə önə çıxır. Ağızı böyük və yarımüzlüdür, alt çənəsi dar və uzun, uzun və nazik üst çənənin arxa ucu preoperkulumun qırağından kənara çıxır. Çənələrində kiçik dişlər var. Qarın yatalağının kili və yandivar xətt yoxdur. Qarın yatalağındakı üzgəclərin əsasları belindəki üzgəcindən başlayaraq şaquli tərəfin qarşısında yerləşir.[7][8] Ağız açılışı çox genişdir. İri gözləri burnun ucuna yaxın yerləşir və kənardan şəffaf dəri qabığı ilə örtülür. Arxası yaşıl, yanları parlaq gümüşü, qarını gümüşü ağ, ağız qəlsəmələri sarımtıl rəngə malikdir.[8]
1930-cu illərin əvvəllərində Xəzər dənizində bu balığın iqlimləşdirilməsi işi aparılmışdır, lakin sonrakı illərdə dənizdə bu balığa rast gəlinməmişdir.[9]
↑Решетников Ю. С., Котляр А. Н., Расс Т. С., Шатуновский М. И. Пятиязычный словарь названий животных. Рыбы. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1989. — С. 67. — 12 500 экз. — ISBN 5-200-00237-0.
↑Васильева Е. Д. Рыбы Чёрного моря. Определитель морских, солоноватоводных, эвригалинных и проходных видов с цветными иллюстрациями, собранными С. В. Богородским. — М.: ВНИРО, 2007. — 238 с. — 200 экз. — ISBN 978-5-85382-347-1.
↑ 12Промысловые рыбы России. В двух томах. 1. М.: изд-во ВНИРО. Под ред. О. Ф. Гриценко, А. Н. Котляра и Б. Н. Котенёва. 2006. 154–156. ISBN5-85382-229-2.
↑Zoologiya, İnstitutu. Azərbaycan faunasının informasiya sistemi (onurğalılar) (az.). “Tərəqqi” MMC. 2023. 565.