Avropa meşәçәtirotusu

Avropa meşəçətirotusu — Hündürlüyü 20–50 sm, gövdəsi düz, adətən tək və sadə olan çoxillik çılpaq ot bitkisidir.

Avropa meşәçәtirotusu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Avropa meşәçәtirotusu
Beynəlxalq elmi adı

Kökətrafı yarpaqları uzun saplaq üzərindədir, görünüşünə görə dəyirmi ürəkşəkillidir, barmaqvari 3–5 ədəd ayrı, daha iri orta dilimlidir; yan dilimləri enli pazvari əksinə yumurtaşəkillidir, qismən dərin üç bölümlüdür, kənarları dairəvi dişlidir, sivri ucluqla qurtaran dişləri vardır. Gövdə yarpaqları yoxdur və ya onlar az saydadır və az kəsilmişdir.

Çətirləri xırdadır, qurtaracağı vardır, şüaların ucunda yerləşmişdir. Kasacığın dişləri bizşəkillidir. Ləçəkləri yumurtaşəkillidir, 1,5 mm-ə yaxındır, ağ və ya qırmızımtıl rəngdədir.

Meyvələrinin uzunluğu 4–5 mm-dir, yumurtaşəkilli-şarşəkillidir, qısa tikanlarla sıx örtülmüşdür.

Çiçəkləməsi

[redaktə | mənbəni redaktə et]

May-İyul

Meyvə verməsi

[redaktə | mənbəni redaktə et]

İyul-Avqust

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ. Yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Qaranlıq meşələrdə rast gəlinir.

Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 235.