Avsarlu

Avsarlı - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd olmuşdur.[1]

Avsarlı

Toponimkası[redaktə | mənbəni redaktə et]

Rayon mərkəzindən 17 km məsafədə, Oxçu çayının sahilində, dağlıq ərazidə yerləşmişdir. Kəndin digər adı «Əvsərli»dir. Kənddə 1897-ci ildə 92 nəfər, 1926-cı ildə 76 nəfər 1959 - cu ildə 101 nəfər azərbaycanlı yaşamışdır. 1960-cı ildə kənd ləğv edilmişdir. Toponim avşar (avsar, Azərbaycan dilində ş~s səs əvəzlənməsi qanunauyğundur) türk tayfasının adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlmişdir. «Əfşar» (avşar) tayfasına mənsub olan «yer» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İbrahim Bayramov.Qərbi Azərbaycanın Türk Mənşəli Toponimləri Bakı-"Elm"-2002

Xarici keçid[redaktə | mənbəni redaktə et]

haqqinda.az/Yelizavetpol