Avstraliya Müasir İncəsənət Mərkəzi

Avstraliya Müasir İncəsənət Mərkəzi — (AMIM; İngilis Avstraliya Müasir İncəsənət Mərkəzi - Australian Centre for Contemporary Art) Avstraliyanın Melburn şəhərindəki əsas müasir incəsənət qalereyalarından biridir. Mərkəz Southbenkin daxili rayonunda, Melburn İncəsənət Ərazisində Stört küçəsində yerləşir.

Avstraliya Müasir İncəsənət Mərkəzi
Xəritə
Əsası qoyulub 2002
Ölkə
Yerləşir Viktoriya
37°49′35″ c. e. 144°58′01″ ş. u.HGYO
acca.melbourne
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mərkəzin binası memarlar Rocer və Rendel Marşevin layihəsinə əsasən ağacdan tikilib. Tikinti işləri 2002-ci ildə başa çatdırılmışdır. Layihənin müştəriləri Çanki Muv, AMIM və Pleyboks Sietr Companiyası idi. Mərkəzin tikintisi üçün layihənin müəllifləri 2003-cü ildə İnstitusional Memarlıq Mükafatına və Avstraliya Dövlət Mükafatına layiq görülüblər.

2015-ci ilin dekabrında Maks Delani keçmiş Bədii Direktor Culian Enqberqi əvəz edərək AMIM-nın yeni Bədii Direktoru oldu[1].

AMIM dörd böyük sərgi salonundan ibarətdir. Bina bitişik Moltxaus Teatrı ilə birlikdə kompleksin mərkəzində açıq səma altında sərgi sahəsi kimi istifadə olunan həyəti təşkil edir. AMIM-da həmçinin Çanki Muvın rəqs şirkəti və Pleyboks Sietr Şirkəti üçün iki məşq studiyası və bir sıra inzibati ofislər yerləşir.

Pas rəngli fasad geniş çeşidli quraşdırmaları dəstəkləmək üçün minimalist üslubda tikilmişdir. İnteryerdəki metal və şüşə səthlərlə ziddiyyət təşkil edir. Layihə Avropa muzeyinin Kunstxalle modelinə istinad edir, yəni sənətin nümayişi üçün çevik bir qabıq olduğunu iddia edir[2].

Açılışından sonrakı ilk onillikdə AMIM kolleksiyasına müasir avstraliyalı və xarici rəssamların iki yüzdən çox əsəri daxil idi. Hər il AMIM qalereya üçün müasir avstraliyalı rəssamların altı və ya yeddi rəsm əsərini sifariş edir. Muzeyin əməkdaşlıq etdiyi müəlliflərin siyahısına avstraliyalılar Pet Brassinqton, Kallum Morton, Patrisiya Piççinini və əcnəbilər Martin Krid, Barbara Krüqer, Tasita Din, Jenny Xolzer və Josef Kosat daxildir[3]. AMIM həmçinin çoxsaylı tematik sərgilərə və Böyük Divar layihəsi kimi sənət layihələrinə ev sahibliyi edir. Qalereya kolleksiyasına abstraksionist və minimalist Ron Robertson-Suonnın məşhur Volt heykəli daxildir.

  1. "Debbie Cuthbertson. «National Gallery of Victoria curator Max Delany appointed director of the Australian Centre for Contemporary Art»". 2016-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-18.
  2. "Flashback: Australian Centre for Contemporary Art (ACCA) / Wood/Marsh". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-18.
  3. "Australian Centre for Contemporary Art online" (ingilis). Australian Centre for Contemporary Art online. 2016-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

* Rəsmi sayt