Avstraliya iqlimi — Avstraliyanın hüdudları daxilində mövcud olan iqlim komponentləri. Avstraliyanın bir çox hissəsi tropik, şimalında subekvatorial, cənubu subtropik iqlim qurşağındadır. Düzənliklərdə az hündürlüklü düzənliklərin olması bütün materikdə daim yüksək tempraturun yaranmasına səbəb olur. Tempraturun mövsümi tərəddüdü, əsasən, tropik və subtropik qurşaqların daxili rayonlarında müşahidə edilir. Mütləq maksimum tempratur (53,1 °C) Klonkarridə (Kvinslend) müşahidə olunur. Mütləq minimum tempratur Avstraliyanın daxili rayonlarında – 4 °C-dən 6 °C-yə çatır. Avstraliyanın çox hissəsinin tropik qurşağın kontinental hissəsində yerləşməsi, materikin qərbdən şərqə böyük məsafədə uzanmada, sahillərinin az parçalanması, Böyük Suayırıcı Silsilənin okeandan gələn rütubətli küləklərin qarşısını saxlaması iqlimin quraqlığına səbəb olur. Avstraliya Cənub yarımkürəsinin ən isti və quru sahəsidir. Avstraliya sahilinin 38%-nə ildə 250 mm-dən az yağıntı düşür. Yayda (dekabr–fevral) materik 30 °C və daha artıq (Böyük Qumlu səhra) qızır. Yağıntının miqdarı sahildən (1,500 mm) materikin içərilərinə doğru azalır (22° cənub enliyindən cənubda 300 mm-dək).[1]