Avstraliya merinosu — zərifyunlu qoyun cinsi.
Avstraliya merinosu | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Avstraliya merinosu XIX əsrin birinci yarısında Avstraliyada İngiltərə, İspaniya və Almaniyadan gətirilən merinoslardan yetişdirilmişdir. 1929-cu ildə SSRİ-yə gətirilmiş və Qroznı qoyun cinsinin yetişdirilməsində istifadə edilmişdir.[1]
Avstraliya merinosu eksteryerinə və yun keyfiyyətinə görə fayn, medium və stronq tipləri var. Qoçların diri çəkisi 80–95 kq, doğar (anac) qoyunlarınkı 42–48 kq; qoçlar 9–10 (ən çox 20 kq-a qədər), doğar qoyunlar 4–5 kq (ən çox 10 kq-a qədər) yun verir. Təmiz yun çıxması 48–55%-dir. Əsasən, uzun, kambol növlü, sıx, zərif, çox elastik və parlaqdır. Avstraliyada bütün qoyunların 80%-i merinoslardır.