Avstraliyada din

Avstraliyada din — çox konfessiyalı ölkə olan Avstraliyanın rəsmi dini yoxdur. Xristianlıq Avstraliyada üstünlük təşkil edən inancdır. 2011-ci il siyahıyaalmasına görə, say baxımından ən böyük din əhalinin 25,3%-nə sahib olan katoliklikdir. 22,3%-i qeyri-dindardır. Növbəti əsas məzhəb 17,1% izləyən anqlikanizmdir. Avstraliyada əhalinin 2,5%-i buddizmə, 2,2%-i İslama, 1,3%-i hinduizmə və 0,5%-i yəhudiliyə etiqad edir. Avstraliya konstitusiyası hökumətə dövlət dini təsis etməyi və dini azadlıqlara müdaxilə etməyi qadağan edir, lakin ayrı-ayrı ştatlar öz konstitusiyalarını dəyişdirməkdə sərbəstdirlər və dini həyatı diktə edə bilərlər, baxmayaraq ki, belə vəziyyət hələ yaşanmayıb. Birlik hökuməti ilə dinlər arasında münasibətlər ABŞ-dakından qat-qat sərbəstdir. Dini qurumlar təhsil, səhiyyə və digər sosial xidmətlər göstərmək üçün hökumətlə işləyirlər.[1][2]

Avropa məskunlaşması zamanı avstraliyalı aborigenlərin öz dini adət-ənənələri var idi, xüsusən də Yuxu vaxtı, məsələn, Mirça Eliade onları belə müəyyənləşdirir: "Avstraliyanın yerli əhalisi arasında əsas inam var ki, dünya, insan, müxtəlif heyvanlar və bitkilər sonradan yoxa çıxan bəzi fövqəltəbii varlıqlar tərəfindən yaradılmışdır".[3]

  1. "2071.0 - Reflecting a Nation: Stories from the 2011 Census, 2012–2013". Abs.gov.au. 2012-06-21. 2016-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-04.
  2. "2011 Census QuickStats : Melbourne (Statistical Division)" (ingilis). Australian Bureau of Statistics. 2014-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-28.
  3. "Marrying Out – Part One: Not in Front of the Altar". Hindsight. ABC Radio National. 11 October 2009. 2010-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Dünya dinləri

Kateqoriya:Avstraliya əhalisi