Avstriya–Osmanlı müharibəsi — Avstriya ilə Osmanlı imperiyaları arasında uzun sürən müharibələrin birincisi.
Avstriya–Osmanlı müharibəsi | |||
---|---|---|---|
Avstriya–Osmanlı müharibələri | |||
Tarix | 1529–1533 | ||
Nəticəsi | İstanbul müqaviləsi | ||
Ərazi dəyişikliyi | Macarıstanın Macarıstan krallığı və Şərqi Macarıstan krallığı arasında bölüşdürülməsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
15 oktyabr 1529-cu ildə Osmanlı ordusu Vyana şəhərini mühasirəyə almış, lakin şəhəri tuta bilməmişdir. 1530-cu ildə Avstriya ilə Osmanlı arasındakı danışıqların pozulmasından sonra yenidən vəziyyət gərginləşmişdir. Sultan I Süleyman yürüşə keçmiş, lakin V Karlın ordusu Osmanlı qoşunlarının qarşısını almışdır.
23 iyul 1533-cü ildə İstanbulda Avstriya–Osmanlı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə Macarıstan krallığının qərbi və şimal-qərbi hissəsi Avstriyaya keçmişdir. Əvəzində Avstriya hər il sultana xərac verməli idi.[1]