Avtandil Hüseynəli oğlu Talıbov (26 dekabr 1946, Siyaqut, Noraşen rayonu) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Korroziya inhibitorları və konservasiya materialları” laboratoriyasının müdiri, kimya üzrə elmlər doktoru, dossent. [1] [2]
Avtandil Talıbov | |
---|---|
Avtandil Hüseynəli oğlu Talıbov | |
Doğum tarixi | 26 dekabr 1946 (78 yaş) |
Doğum yeri | |
Dəfn yeri | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | Dosent |
İş yeri | |
Təhsili | V.İ.Lenin adına (Hal-hazırda, N.Tusi adına) Azərbaycan Dövlət Pedoqoji İnstitunun kimya-biologiya fakultəsi |
Avtandil Hüseynəli oğlu Talıbov 26 dekabr 1946-cı ildə Naxçıvan MR Şərur rayonu Siyagut kəndində qulluqçu ailəsində anadan olmuşdur. Onbirillik təhsilini 1964-cü ildə Şərur rayonu Siyaqut kəndində başa çatdırdıqdan sonra həmin il V.İ.Lenin adına (Hal-hazırda, N.Tusi adına) Azərbaycan Dövlət Pedoqoji İnstitunun kimya-biologiya fakultəsinə daxil olmuş və ali təhsilini 1969-cu ildə bitirərək orta məktəbdə kimya-biologiya müəllimi ixtisasına yiyələnmişdir. О, 1982-ci ildə Azərbaycan Neft və Kimya (İndiki Azərbaycan Dövlət Neft Akademiyası) insititunda «Оlefinlərin tetraflüorborat nitroniumla nitrolaşması» namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır.
A.H.Talıbov 1986-cı ildən АМЕА NKPİ-də işləyir. Elə həmin ildə SSRİ Elmlər Akademiyasının Prezidiumunun qərarı ilə A.H.Talıbova “Üzvi kimya” ixtisası üzrə baş elmi işçi (indiki dosent) və «böyük elmi işçi » elmi rütbəsinə layiq görülmüşdür.
2013-ci ildə Neft-Kimya Prosesləri İnstitunun nəzdindəki Dissertasiya Şurasında “Bəzi nitro-,və amin tərkibli birləşmələrin sintezi və onların istifadə yolları” mövzusunda “Üzvi kimya” və “Neft Kimyası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edərək, kimya elmləri doktoru alimlik dərəcəsini almışdır.
Olefinlərin, doymamış mürəkkəb efirlərinin tetraflüor-borat nitroniumla (ion birləşməsi) nitrolaşması ilə tsiklik nitro, nitro flüor və nitro spirt saxlayan mürəkkəb efirlərin, nitro qrupuna malik olana ltıhalqalı 1.3-dioksalan, beşhalqalı dioksan tetraflüor boratların sintez edilmiş, antimikrob xassələrinin təqiqi, bitki yağı və naften tərki-bli neft turşulardan onların amidlərinin, imidazolin birləş-mələrinin sintezi, sintez edilmiş birləşmələrin konservasiya mayesi, korroziya inhibitorları reagentləri kimi tədqiqilir, həmcinin yağ turşularının triqliseridlərindən hidroliz prosesi ilə bioyanacağın, sellülozadan isə 5-hidroksimetil furanalın sintezi sahəsində geniş elmi tədqi-qat işləri aparılmışdır.
İşlədiyi dövrdə 172-dən çox elmi əsərləri dərc olunmuşdur. Bunlardan 35-i müəlliflik şəhadətnaməsi, 79-u məqalə və 75-i məruzələrin tezisləridir. 60-dan çox məqaləsi Rusiya Federasiyasının və Avropanın nüfuzlu jurnallarında (Tetrahedron Letter, Green chemistry, American Journal of organic chemistry, Acta Cryst, Изв. АН СССР, сер. хим, ЖОрХ, ЖОХ, Коррозия: материалы, защита, Практика противокоррозионной защиты, Журнал орг. химии, Журнал прикл. химии, Журнал общей химии, Нефтехимия) dərc olunmuşdur. Onun rəhbərliyi altında 4 namizədlik dissertasiya işi müdafiə edilmişdir.