Avtokataliz

Avtokataliz — kimyəvi reaksiya məhsullarından birinin həmin reaksiyanı sürətləndirməsi. Etilsirkə efirinin suda məhlulunun hidrolizi (CH3COOC2H5 + CH3OOH + C2H5OH) avtokatalizə misaldır. Burada sirkə turşusunun elektrolitik dissosassiyasından alınan H+ ionu reaksiyanı sürətləndirir. reaksiya ilk anlarda həmin məhsulun, yaxud başqa katalizatorun cüzi miqdarda iştirakı, ya da katalitik reaksiyaya paralel gedən qeyri-katalitik reaksiyasının sürəti çox cüzidirsə, 1 müddət müşahidə edilmir. Bu müddətə induksiya dövrü deyilir.

Avtokatalizin elementar sxemi:

А + Р → 2Р Deməli, reaksiyanın sürəti aşağıdakı kimi ifadə edilir:


Burada r – reaksiyanın sürəti, [A], [P] – konsentrasiya, k – sürət sabiti. Əgər reaksiya qapalı sistemdə baş verirsə, onda istənilən vaxt A və P konsentrasiyalarının cəmi sabitdir və ilkin konsentrasiyaların cəminə bərabərdir:[А] + [Р] = [А]о + [Р]о. Bu əlaqədən istifadə edərək kinetik tənliyi aşağıdakı kimi yazırıq:



Bu tənliyin dəqiq həlli var. Onu dəyişənlərin ayrılması üsulu ilə tapaq:

, t — vaxtdı

Həll şərtlərə cavab verir: [P](0) = [Р]о; [P](∞) = [А]о + [Р]о. Məhlulun qrafiki katalitik reaksiyanın əlaməti olan sigmoiddir.

Avtokatalizin ən məşhur nümunələrindən biri oksalat turşusu permanqanatın oksidləşməsidir:

2MnO4 + 5C2O42− + 16H+ = 2Mn2+ + 10CO2 + 8H2O
  • A.Məhərrəmov, M.Allahverdiyev və s. "Kiçik kimya ensiklopediyası", Bakı-1997.