Avtomatik snayper tüfəngi – güclü gilizlərdən istifadə edən, kiçik daraqlı və gilizi daha uzaq məsafələrə atmağı bacaran avtomat növüdür. Avtomatlardan fərqli olaraq daha güclü və uzun mənzilli gilizlərdən istifadə edir. Ayrıca olaraq avtomatlardan daha uzun olurlar. Bu cür silahları daha çox şəhərlərin və ya strateji əhəmiyyətli obyektlərin, regionların, bölgələrin müdafiəsində, ön xəttin arxasında və digər müharibə meydanlarında istifadə edirlər. Bu cür silahlar ABŞ istehsalı 30-06 Springfield, Rusiya istehsalı (rus standartı) 7.62x54mmR, NATO istehsalı (NATO standartı) 7.62x51mm, İsveçrə istehsalı (İsveçrə standartı) 7.5x55mm gilizlərindən istifadə edirlər. Daraqları isə adətən 20 güllə tutur. Əvvəllər Avtomatik snayper tüfəngləri yarımavtomatik rejimdə işləyirdilərsə, hal-hazırda avtomatik snayper tüfənglərinin işləmə mexanizmi dəyişdirilərək həm yarımavtomatik, həm də tam avtomatik rejimə keçirilmişdir.