Axım xəritələri — axımın istənilən ərazidə paylanmasını səciyyələndirmək üçün axım modulu və ya axımın layı izoxətt xəritələrindən istifadə olunur. Bu xəritələr çay hövzəsinin iqlim, coğrafi şəraitindən asılı olaraq tərtib edilir. Xəritələri tərtib etmək üçün əvvəlcədən toplanmış faktiki məlumatlar əsasında ayrı-ayrı çay hövzələri və onların hissələrinə aid axım normalarının qiymətləri hesablanır. Alınmış qiymətlər xəritə üzərində həmin ərazilərin ağırlıq mərkəzlərində qeyd edilir. Axım normasına dair eyni qiymətli nöqtələr səlis əyri ilə — izoxətlərlə birləşdirilir.[1]