Axar-baxar

Avropanın çay və dəniz hövzələrinin suayırıcı sahələri

Axar-baxar[1] — suayrıcı, iki çay, göl, dəniz və ya okean hövzəsinin su toplayıcı sahələrini bölən xətt anlamında işlədilir[2][3]. Atmosfer yağıntılarının müxtəlif axınlara istiqamətlənməsidir. Axar-baxarın suayrıcı xətti suayrıcı ərazi adlanır. Suayrıcı xətt adəti üzrə dağ və ya təpəliklərdən keçir. Materiklərdə yerləşən böyük su ayrıcılar suyu okean və daxili hözələrə bölür. Bu tip su ayrıcılar kontinental suayrıcı adlanır.

Suları Sakit, Atlantik, Hind və Şimal Buzlu okeanlarına yönəldən suayrıcılar Əsas suayrıcılardır

Çay hövzələri yerüstü və yeraltı sutoplayıcılara bölündüyündən, suayrıcılarda iki yerə bölünür:Yerüstü sutoplayıcı və yeraltı sutoplayıcı.

  1. Azərbaycan Dilinin İzahlı Lüğəti // I CİLD // 78 səh. 2006 il.
  2. "Axar-Baxar sözünün mənası - azerdict.com". 2016-06-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-09-28.
  3. "Axar-Baxar sözünün mənası - obastan.com". 2015-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-28.