Axtarış həvəsi qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Bəkirzadə tərəfindən 1970-ci ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur.
Axtarış həvəsi | |
---|---|
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Teymur Bəkirzadə |
Ssenari müəllifi | Hacı Hacıyev |
Operator | A. Ohanov |
Bəstəkar | Aqşin Əlizadə |
İstehsalçı | "Ekran" |
İlk baxış tarixi | 1970 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Ölkə | Azərbaycan SSR |
İl | 1970 |
Texniki məlumatlar |
5 hissə 1290 metr |
Rəng | rəngli |
Film Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Tahir Salahovun yaradıcılığına həsr olunmuşdur. Filmdə onun bəzi əsərlərinin yaranma tarixindən, sənətkarın öz qəhrəmanları ilə görüşməsindən, xarici ölkələrdə olmasından bəhs edilir. Tahir Salahov həyatla sıx bağlı olan sənətkarlarımızdan biridir. O, ölkəmizdə baş verən ictimai hadisələri dərindən təhlil edərək, fəlsəfi fikirləri bədii surətlər vasitəsilə öz əsərlərində əks etdirir. T.Salahov, əsl mənada böyük sənətkar olduğu üçün əsərlərinin mövzusunu xalqımızın qaynar həyatında axtarır, böyük axtarış ehtirasları ilə yaşayır.[1]
Ssenari müəllifi: Hacı Hacıyev
Rejissor: Teymur Bəkirzadə[2]
Operator: A. Ohanov
Bəstəkar: Aqşin Əlizadə
Azərbaycan filmlərinin siyahısı
1970-ci ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı