Axtar məni - şeirlər kitabı
Axtar məni | |
---|---|
Müəllif | Həsən Xəyallı |
Janr | Bədii ədəbiyyat |
Orijinalın dili | Azərbaycan |
Tərtibat | Sərraf Şiruyə |
Seriya | Göyçə aşıqları və el şairləri |
Nəşriyyat | Nurlan nəşriyyatı |
Nəşr | 2006 |
Səhifə | 160 |
Növ | kitab |
Tiraj | 200 |
ISBN | qrifli nəşr |
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub.
Tədqiqatçı-jurnalist, publisist Maşallah Xudubəyli kitabın müəllifi haqqında yazır: «…Həsən Xəyallı da bəzi sənət fədailərimiz kimi vaxtında tədqiq olunmayan, öz səviyyəsində yaradıcılıq imkanları el-obaya, geniş maraq dairəsinə çatdırılmayan şairlərimizdən olub…»[1].
Filalogiya elmlər doktoru, professor Qara Namazovun "Axtar məni" kitabına yazdığı müqəddimədən: Həsən Xəyallı məhz bu ikinci nəslə mənsubdur. O, saz çalıb oxumasa da, söz sərrafı idi. Quranı, şəriət qanunlarını mükəmməl öyrənmişdi. Bir tərəfdən özünün fərdi istedadı, o biri tərəfdən Göyçənin zəngin, dadlı-duzlu saz-söz məclisi, nəhayət şərqin poetik sərvəti şübhəsiz Həsən Xəyallının xəyallarını qanadlandırmışdır. Müasirləri ilə görüşmələri, şeirləşmələri, onun sözə daha diqqət və ehtiyatla yanaşmasına imkan vermişdir. Bütün bunlar Həsən Xəyallının qüdrətli bir söz ustadı kimi şöhrətlənməsinə səbəb olmuşdur. O, aşıq və xalq şeirinin bütün şəkil və formalarından məharətlə istifadə etmiş, lirik şeirin nadir nümunələrini yarada bilmişdir[2].