Axund Əbil sərdabəsi[1] — Novxanı kəndində yerləşən qəbirstanlığında qəbirlərin əhatəsində yerləşən sərdaba. Sərdabə kürsü üzərində inşa edilmişdir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili səkkiz bucaqlı piramida şəkilli günbəzlə tamamlanır. Abşeronda səkkiz bucaqlı çadıra bənzər günbəzlə tamamlanmış sərdaba nadir tapıntıdır. Ölçüləri 3.80 x 3.80 m-dir. Tikilinin təxminən 1850-1870-ci illərdə inşa edilməsi ehtimal edilir. Burada kəndin axundu Axund Əbil dəfn olunmuşdur.
Axund Əbil sərdabəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Yerləşir | Novxanı kəndi |
Tikilmə tarixi | XIX əsr |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |