Axund Məhəmməd Hənifə (1870-1931)
Axund Məhəmməd Hənifə | |
---|---|
Digər adı | Ağa |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | |
Milliyyəti | Azərbaycanlı |
Dini | İslam |
Fəaliyyəti | İlahiyyatçı |
Bakının Əmircan (köhnə Xilə) kəndində anadan olmuşdur. Kiçik yaşlarından iti ağıla və dərin zəkaya malik olan Hənifə öz yaşıdlarından seçilirdi. Atası kəndin tanınmış, mötəbər şəxslərdən olduğu üçün Hənifə atasının ziyali dostlarinin əhatəsinde böyümüşdür. Elmə, sənətə dərin həvəsi var idi. Mollaxanada ilk təhsilini aldiqdan sonra təhsilini mədrəsədə davam etmişdi. O, ilahiyyat elmləri ilə yanaşı ədəbiyyatı, riyaziyyatı, təbabəti, nücum və s. elmlərin sirrlərinə yiyələnmişdir.
Atası oğlunun bu fitri istedadını görüb onu ali təhsil almaq üçün İraqın Kərbəla şəhərinə göndərir. Təhsilini bitirdikdən sonra Hənifə müqəddəs həcc ziyarətinə də gedir. Daha sonra doğma şəhərinə qayıtmaq qərarına gəlir.Qayıtdıqdan sonra o, kəndin seçilə,mötəbər şəxslərindən birinin qızı Məsməxanım ilə aile qurur. Çox övladı olmasına baxmayaraq onlardan ancaq bir qızı (Mələk Nisə) və bir oğlu (Məsud) qalmişdır.
Kənd camaatı onu çox sevər və hörmət edərdilər.El içində onun nüfuzu yüksək idi.Odur ki onu axund seçmişdilər.Məhəmməd Hənifə Əmircan kəndi ilə yanaşıbir neçə kəndin axundu idi.O bu kəndlərin Sovet Hakimiyyəti dövrunə kimi son axundu olmuşdur.Əslən xiləli olan Bakı milyonçusu Murtuza Muxtarov 1913-cu ildə kənd üçün qoşa minarəli məscid tikdirmişdi.Məhəmməd Hənifə bu məscidin ilk axundu olmuşdur.Məscid hal-hazırda da öz fəaliyyətini davam etdirir.
Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra hər bir din xadimi kimi Məhəmməd Hənifə axundu da təqib etməyə başladılar.1931-cı ildə əsgərlər evinə gələrək onunla gəlmələrini söylədilər.Sorğuya çəkilməyə aparıldığını başa düşən ağıllı axund artıq geriyə dönüş olmayacağını hiss etdi və həyat yoldaşı Məsmə xanıma dedi:"Sən kənddən kənara çıxma,burada qal,kənd camaatının səni və uşaqları qoruyacağına əminəm"
Sorğu üçün axundu Mircəfər Bağırovun otağına gətirirlər.Bağırov axundu görəndə stulundan qalxır və ağaya yaxınlaşıb mülayim tərzdə deyir:"Ağa,bu yeni hökumətdə dinə yer yoxdur,sən ağıllı adamsan,gəl başındakı əmmaməni çıxart,elm ocaqlarının birində muəllimliyə başla"Məhəmməd Hənifə Axund bunu eşitcək əsəbiləşir və deyir:"Sən kommunist partiyasından əl çəkərsən,mən də əmmaməmdən əl çəkim?!" Axund bunun mümkünsüz olduğunu çox gözəl bilirdi.O,haqq dünyanı fani dünyadan üstün tutaraq ölumə alnı açıq getdi.
Evində olan ərəb dilindəki əlyazmalar şəklində əsərlərini,dini kitablarını,əşyalarını arabalara yığaraq apardılar,bir qismini də yandıraraq məhv etdilər.Mərdəkandakı bağ evi də alınıb hökumətə verildi. Ağadan geriyə sadəcə 15 yaşlı qızı və 5 yaşlı oğlu qalmışdı…Bu cür ziyalı alimin hətta məzarı da yoxdur.