Axura Qaradağ Ocağı

Axura Qaradağ OcağıŞərur rayonundakı ziyarətgah

Ocağın mərkəzində nəhəng prizmatik-konusvarı formalı qara daş var.; daşın ətrafında kiçik ölçülü bir neçə daş düzülmüşdür. Əfsanəyə görə, qara daş göydən zühur etmiş ana, ətrafındakı daşlar isə onun övladlarıdır. Odur ki,ocağa yalnız qadınlar və uşaqlar gedə bilər. Arzu və niyyətinin həyata keçməsini istəyən şəxslər ocağa nəzir deyir, arzularına çatdıqda ortaya nəzir aparırlar. Axtarışlar nəticəsində ocağın həyətindən XIII əsr- XIV əsrlərə aid saxsı qab qırıqları aşkar edilmişdir. Görünür, ocaq da həmin dövrə aiddir.

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 20. ISBN 5-8066-1468-9.