Ayşən Bayramova

Ayşən Bayramova (24 dekabr 1998, Çita) — Azərbaycan bədii gimnastı. Azərbaycanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. Müxtəlif illərdə Dünya Kubokları və Grand Prix mükafatçısı olmuş, 2018-ci ildə Avropa çempionatında bürünc medal qazanmışdır. 2019-cu il Bakı şəhərində təşkil olunmuş Dünya Çempionatında çıxış edərək Azərbaycan qrupu üçün Tokio 2020 Olimpiya oyunlarına lisenziya qazanmışdır.

Ayşən Bayramova
Şəxsi məlumatlar
Tam adı Ayşən Bayramova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (25 yaş)
Doğum yeri Çita, Rusiya Rusiya
Boyu 1.70 m
Çəkisi 52 kq
İdman növü bədii gimnastika
Medallar

Ayşən Bayramova 24 dekabr 1998-ci ildə Rusiyanın Çita şəhərində anadan olmuşdur. 2007-ci ildə bədii gimnastika ilə məşğul olmağa başlamışdır. Bakı şəhəri 145 nömrəli tam orta məktəbi bitirmişdir. 2017-ci ildə Azərbaycan Dövlət Bədən İdman Akademiyasina daxil olmuşdur.

Azərbaycan çempionatında 2013-cü ildə — bürünc (çoxnövçülük), bürünc (halqa, top); Bakı Birinci Liqası 2014 — bürünc (qürzlər); Qran Pri 2017 qrup hərəkətlərində — gümüş (çoxnövçülük), qızıl (5 halqa), qızıl (ip və top); Qran Pri 2018 Qrup hərəkətlərində — bürünc (çoxnövçülük); Qran Pri 2019 Qrup hərəkətlərində — gümüş (halqa və qürzlər) medal qazanmışdır.

Ayşən Bayramova 2015-ci ildə Azərbaycanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. 2018-ci ildə Avropa çempionatı bürünc mükafatçısı olmuşdur. Müxtəlif illərdə çoxsaylı Dünya Kubokları və Grand Prix mükafatçısı olmuşdur.

Bakı Dünya Kuboku 2018 qrup hərəkətlərində — bürünc (halqa); Portimao 2018 Dünya Kuboku qrup hərəkətlərində — bürünc (çoxnövçülük), gümüş (halqa) və qızıl (top və ip); Pesaro 2015 — bürünc (halqa); Kale 2015 — qızıl; Budapeşt 2015 — gümüş (çoxnövçülük) və qızıl (top, lent); Buxarest 2015 — bürünc (çoxnövçülük) və gümüş (halqa, qürzlər) medal qazanmışdır.

2019-cu il Bakı şəhərində təşkil olunmuş Dünya Çempionatında Azərbaycan qrupu üçün Tokio 2020 Olimpiya oyunlarına lisenziya qazanmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]