Ayşət Maqomayeva (qızlıq soyadı və səhnə təxəllüsü: Kinjalova; 19 noyabr 1921, Şenji[d], Şimali Qafqaz diyarı[d] – 23 avqust 2003, Murmansk) — sovet teatr aktrisası. Stalin təqaüdçüsü (1941). SSRİ xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin anası.
Ayşət Maqomayeva | |
---|---|
rus. Айшет Магомаева | |
| |
Doğum tarixi | |
Doğum yeri | Maykop, SSRİ |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Murmansk, Rusiya |
Dəfn yeri | |
Vətəndaşlığı |
SSRİ → Rusiya |
Həyat yoldaşı | |
Uşağı | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | –1978 |
İstiqamət | teatr |
Mükafatları |
Ayşət Maqomayeva 1921-ci il noyabrın 19-da Maykop şəhərində anadan olub.[1]. Onun əsli haqqında oğlu Müslüm Maqomayev yazırdı ki, onun atası milliyyətcə türk, anası isə yarı adıgey, yarı rus olub.[2]
1936-cı ildə Krasnodar Pedaqoji Məktəbini,[3] 1941-ci ildə isə Rusiya Dövlət Teatr Sənəti İnstitutunu bitirib.[3] Bir müddət Bakıda yaşayıb.
Onun teatr karyerasının əsas hissəsi Çimkənd Rus Dram Teatrında keçib. Burada o, "Şahzadə Turandot", "Həlim" və "Qara qızılgül" kimi bir çox tamaşalarda oynayıb.
1971-ci ildən 1978-ci ilədək Murmansk Vilayət Dram Teatrında işləyib.[3]
Ayşət Maqomayeva 21 avqust 2003-cü ildə dünyasını dəyişib.[3] Aktrisa ilə vida mərasimi Murmansk Vilayət Dram Teatrında baş tutub.[4] Murmanskda dəfn olunub.[3]