Ay turizmi

Ay turizmi və ya digər adla Lunar turizm Yer planetinin təbii peyki olan Ayın səthində və ya ətrafında icra olunan kosmik fəza turizminə aid edilir.bəzi kosmik fəza start-ap şirkətləri yaxın gələcəkdə Ayda turizm təklif etməyə hazırlaşırlar. Bəzi fərdi şirkətlər isə bəyan edir ki , Ayda turizm təxminən 2020-2043-cü illər arasında həqiqətə çevriləcək.[1]

Mümkün Ay bazalı Kosmik fəza turizmi Ay turizmi proqramlarını bəyan edən şirkətlərə daxildir:

Aya səyahətin dəyəri

[redaktə | mənbəni redaktə et]

Bəzi kosmik fəza turizm start-ap şirkətləri hər bir turistin Aya səyahətinin qiymətini bəyan edib.

Sirkumlunar turizm: Excalibur AlmazSpace Adventures 1 yerə görə 150 milyon ABŞ dolları qiymətini götürür. Bu qiymətə aylarca Yer şəraitində məşqlər daxildir.baxmayaraq ki, bu , yalnız Ayın yanından ötüb keçməklə məhdudlaşır və Ay səthinə eniş nəzərdə tutmur.

Aya eniş: The Golden Spike şirkəti gələcək üçün Aya eniş turizminə bir insandan 750 milyon ABŞ dolları istəyir.

  1. "Arxivlənmiş surət". 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-07-07.