Ayağı açıqrəngli birəcik

Ayağı açıqrəngli birəcik (lat. Phyllotreta nemorum) — Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir.

Ayağı açıqrəngli birəcik
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Ayağı açıqrəngli birəcik
Beynəlxalq elmi adı

Quruluşu[redaktə | mənbəni redaktə et]

Bu birəciyin rəngi qaradır, lakin göy və yaşıl parıltı da verir. Hər qanadın üstündən sarı xətt keçir. Bədənin uzunluğu 2,5-3,5 mm-dir. Bu cinsin növləri dal ayaqları üzərində tullanırlar.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda az yayılmışdır. Bu növə respublikanın Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şirvan və Lənkəran-Astara zonalaraında rast gəlmək olar.

Nəsilvermə və İnkişafı[redaktə | mənbəni redaktə et]

Uzunsov və açıq sarı rəngli yumurtalarının uzunluğu 0,3-0,4 mm, eni 0,1-0,2 mm-dir. Sürfələrin inkişafı 15-30, pupların inkişafı 6-15 gün davam edir. Yumurtaqoyma prosesi qurtardıqdan sonra yetkin fərdlər ölür. Yenicə çıxmış böcəklər müxtəlif xaççiçəkli bitkiləri zədələyir, yayın axırında isə qışlamaya keçirlər.

Zərər vurması[redaktə | mənbəni redaktə et]

Onlar kütləvi inkişaf dövründə kənd təsərrüfatı bitkilərinə böyük zərər verirlər. Kələmin, şalğamın cücərtilərini yeyir, yenicə əkilmiş şitilləri zədələyirlər. Çox vaxt turnepsi və turpu 2-3 dəfə yenidən əkmək lazım gəlir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Səfərova İ.M., Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 76-77.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Ayağı açıqrəngli birəcik-Phyllotreta nemorum

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Səfərova İ.M., Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 76-77.