Aya Dimitri kilsəsi — Bizans dövrünə aid kilsə. Şəhərin qoruyucusu olan Selanikli Müqəddəs Demetriyə həsr edilmişdir. Erkən Xristianlıq dövrünə aid əhəmiyyətli bir abidə olan bina 1491-1912-ci illər arasında məscid kimi fəaliyyət göstərmişdir.[1] 1917-ci ildə yandıqdan sonra yenidən qurulan və 1949-cu ildə ibadət üçün açılan kilsənin zirzəmisi muzeyə çevrilib. Bina 1988-ci ildən YUNESKO-nun Dünya İrs Siyahısındadır.[2]
Aya Dimitri kilsəsi | |
Ölkə | |
---|---|
Keçid | 456-004 |
Daxil edilməsi | (qeyri-məlum sessiya) |
|
|
Kilsənin zirzəmisi muzey kimi nəzərdə tutulub. V əsrdə eyni yerdə tikilmiş kilsənin xarabalıqları, kilsənin tarixinə aid sənədlər, VII əsrdə yanğından sonra tikilmiş binanın heykəlləri, məscid olduğu dövrlərdəki kitabəsi, bərpasına dair sənədlər muzeydə nümayiş etdirilir.