Ayan küknarı

İlk dəfə F.B.Fişer tərəfindən qeydə alınmışdır. Dəniz səviyyəsindən 400-1200 m hündürlükdə Uzaq Şərqdə dağ yamaclarında, Kamçatka da, Saxalin də, Şimali Amerika da və Balkan dağlarında bitir. Çox vaxt qarışıq əkinlər əmələ gətirir. Ayan küknarı mənşəyinə görə çox qədim növdür. Hündürlüyü 40-50 m olan düz gövdəli, gözəl ağacdır. Çətiri düz, konusvarı, ucu bizdir. Gövdəsi tünd boz, hamar qabıqlıdır, yaşlaşanda yumrular şəklində tökülür. Digər növlərdən uzunluğu 1 sm-ə qədər olan hamar iynəyarpaqlarla fərqlənir. Uzunluğu 2 sm olan iynəyarpaqları hmaar, dişli, bir az əyri, ucu qısa, bizşəkilli, üstü tünd-yaşıl, alt tərəfi göyümtüldür. Zoğlara sıx bitişikdir, açıq sarı-qonur və ya sarı-yaşıldır. Qozaları açıq-qonur, oval-silindrik, uzunluğu 6,5 sm-ə qədərdir. Toxumları sentyabrın ortalarında yetişir. Qışa və kölgəyədavamlıdır. Cavan yaşda yaz günəşi yanıqlarına məruz qalır. Hava rütubətinin dəyişməsinə kəskin reaksiya verir, torpağa tələbkardır, bataqlaşmaya, torpağın tapdanmasına və kökətrafının bərkiməsinə dözmür. Cavanlıqda yavaş, sonradan orta səviyyədə böyüyür. Tuqay meşələrinə daxil olan qədim cinslərdən sayılır. Abşeron da və bir çox bölgələrdə tək və qrup əkinlərində məədni şəraitdə becərilir. Meşə-park əkinləri üçün qiymətli cinsdir. Səsin səviyyəsini effektiv azaldır. Mavi-göyümtül iynəyarpaqları olan bitkilərlə birlikdə qruplarla əkilir. Tozağacı və digər yarpaqlı cinslərin fonunda gözəl görünür.

Ayan küknarı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Məlumat mənbələri:[redaktə | mənbəni redaktə et]

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Tofiq Məmmədov, Elşad Qurbanov, Tariyel Talıbov.
  • “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.