Ayana Money Stenli Cons (20 iyul 2002 –16 may 2010) Detroytun Şərq tərəfində 16 may 2010-cu ildə Detroyt Polis Departamentinin Xüsusi qrupu tərəfindən həyata keçirilən reyd zamanı polis məmuru Cozef Uikli tərəfidən başından vurularaq öldürülən yeddi yaşlı afrika-amerikalı bir qız.[1] Onun ölümü milli medianın diqqətini çəkdi[2] və ABŞ nümayəndəsi Con Koners ABŞ Baş prokuroru Erik Holderdən hadisə ilə əlaqədar federal araşdırma aparmağını istəyir.[3]
Ayana Cons
Doğum tarixi
Vəfat tarixi
(7 yaşında)
Polis məmuru Cozef Uikli Consun ölümü ilə əlaqədar ittiham edildi. 2011-ci ilin oktyabrında Uikli qeyri-ixtiyari adam öldürmə və silahla ehtiyatsız davranmaqda ittiham edildi. Uiklinin ilk məhkəməsi qüsurlu məhkəmə prosesinə görə 2013-cü ilin iyun ayında başa çatdı.[4] 2014-cü ilin sentyabrında Uiklinin işinə yenidən baxıldı, ikinci məhkəmə baş tutdu. Oktyabrın 3-də hakim Uikliyə qarşı qeyri-ixtiyari adam öldürmə ittihamını rədd etdi, yalnız bir ittihamla mühakimə olundu:ehtiyatsızlıq ucbatından atəş açılıb.[5][6][7] Oktyabrın 10-da ikinci məhkəmə qeyri-qanuni nəticələndi.[8][9] 28 yanvar 2015-ci ildə prokuror Uiklinin üçüncü məhkəmə prosesinin olmayacağını təmin edərək ona qarşı olan son ittihamdan Uiklini xilas etdi.[10]
14 may 2010-cu il Cənub-Şərqi liseyinin böyüyü Bleyk[11][12][13] Detroydun şərq tərəfindəki Mak və Benito kəsişdiyi yerdə vurularaq öldürüldü. Ertəsi günün sonunda polis Çonsi Ouensi atışmada şübhəli olaraq müəyyənləşdirdi və gizləndiyi güman edilən 4054 Lillibricdə küçəsində axtarış aparmaq üçün qərar aldı.[14]
Mətbuatın verdiyi məlumatlara görə, polis 16 may 2010-cu ildə bazar günü saat 12:40-da hadisə yerində idi. Polis əməkdaşları, şahidlər və ev sakinləri hadisələrlə bağlı fikir ayrılığı yaşadılar.[15] Deyilənlərə görə, polis məmuru Cozef UikLİ ölümcül atəş açdı.[15] O, ballistik bir qalxanla qorunaraq içəri girdi. Uikli Ayana Consun ata nənəsi Mertilla Consun MP5 avtomatını yumruqlamağa çalışdığını və atəşə səbəb olduğunu iddia etdi. Güllə gənc Ayanaya dəydi. Uikli belə dedi: "Qadın silahımı əlimdən aldı. Atəş açdı. Güllə uşağa dəydi".[16][17]
Mertilla Cons həbs olundu və daha sonra sərbəst buraxıldı. O, onlarla heç bir əlaqə yaratmadığını söylədi. Ailənin vəkili Ceffri Figer dedi ki, polis Ayanaya evin çölündən, çox güman ki ön qapıdan atəş açdı.[1] 2014-cü ildə Uiklinin yenidən baş tutan məhkəməsində Mertillanın barmaq izlərinin Uiklinin silahında tapılmadığı açıqlandı. Atəş açıldıqdan sonra Uikli serjantına içəridə bir qadının silahını tutduğunu bildirdi. Polis Mertilla Consu həbs etdi və bazar günü səhər sərbəst buraxdı.[18] Mertilla məmurlarla əlaqəsi olmadğını söylədi.[1] Ayananın xalasının sevgilisi Çonsi Ouens ikimərtəbəli evin yuxarı mərtəbəsində tapıldı[19] və hər hansı bir hadisə olmadan təslim oldu.[1]
Bir illik daxili və federal araşdırmadan sonra 4 oktyabr 2011-ci ildə polis məmuru Cozef Uikli qeyri-ixtiyari adam öldürmə və silahla ehtiyatsız davranmaqda ittiham edildi. O, ilk məhkəməsində etiraf etdi: "7 yaşlı qızı mənim silahımla vurularaq öldürülmüşdür".[20] Onun məhkəməsi oktyabr ayına təyin edildi[21] və nəhayət 2013-cü ilin iyun ayında baş tutdu. Yeni məhkəmə 2013-cü ilin dekabrına təyin edildi,[22] but actually began in September 2014.[23] lakin əslində 2014-cü ilin sentyabrında başladı.[23]
Basqında iştirak edən videoqraf və fotoqraf Ellison Hovard iddiaya görə, ədalət əleyhinə cinayətlərə və yalançı şahidliyə görə "reyd zamanı çəkdiyi video görüntlərin surətini çıxarmaq, göstərmək və ya üçüncü şəxslərə vermək"lə ittiham edildi. Federal prokurorlar Hovardın atışma ilə əlaqədar müstəntiqlərə yalan ifadə verdiyini və Ayananın ölümündə ailəsini günahlandırmaq üçün polisə yalan danışdığını söylədi.[24][25] O, iki il müddətinə şərti azadlıqdan məhrum edildi və 2000 dollar cərimə edildi.[26][27]
↑ 12'She Was Only a Baby’: Last Charge Dropped in Police Raid That Killed Sleeping Detroit Child; Aiyana Stanley-Jones Was 7 Years Old When She Was Killed by a Single Bullet to the Head. As Officer Joseph Weekley Walks Free, Another Community Is Demanding Answers about the Increasing Militarisation of Law Enforcement." The Guardian (London, England), 2015. EBSCOhost, search.ebscohost.com/login.aspx?direct=true&db=edsbro&AN=edsbro.A399619461&site=eds-live.