Ayaqqəlsəməlilər

Ayaqqəlsəməlilər (lat. Branchiopoda) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi.

Ayaqqəlsəməlilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Sinif:
Ayaqqəlsəməlilər
Beynəlxalq elmi adı

1500-ə yaxın növü qeydə alınıb.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Seqmentlərinin sayı dəyişkən olan ən ibtidai xərçəngkimilərdir. Başı döş seqmentlərinə bitişmir, faset və nauplial gözləri olur. Döş ayaqcıqları yarpaqşəkilli, zəif xitinləşmişdir, tənəffüs, hərəkət və qidanı ağıza yönəltməyə xidmət edir. Aydın şəkildə buğumlara bölünməmiş ayaqlar qəlsəmə çıxıntıları ilə təhciz olunmuşdur. Qarıncığın qurtaracağında yaxşı inkişaf etmiş çəngəl vardır. Qısqacsız mandibullar rudimentar vəziyyətdə nəzərə çarpır. Əksər növlərinin bədəni ikitaylı çanaqla və ya bel qalxanı ilə təchiz olunmuşdur.