Ayaz Mustafayev

Şəhid Mustafayev Ayaz Mustafa oğlu (15.06.1972-23.09.1992) — 1972-ci il iyun ayının 15-də Xaçmaz rayonunun Həsənqala kəndində anadan olmuşdur.Həqiqi hərbi xidmətini Belorusiyada başa vurub vətənə gəldikdən sonra Dağlıq Qarabağ uğrunda gedən döyüşlərə könüllü olaraq yola düşür.

Ayaz Mustafayev
Doğum tarixi 15 iyun 1972(1972-06-15)
Doğum yeri
Vəfat tarixi 23 sentyabr 1992(1992-09-23) (20 yaşında)

1992-ci ilin avqust ayından başlayaraq Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 820 saylı Göytəpə (Prişip) alayı tərkibində Xocavənd rayonunun Əmirallar kəndi üzərindəki "Şişqaya" yüksəkliyi istiqamətində kəşfiyyat xarakterli döyüşlərdə iştirak etmiş, 839 və 848 saylı batalyonların tərkibində döyüşlərdə iştirak etmişdir.Ayaz Mustafayev BM-21 tipli QRAD (9K51) reaktiv yaylım atəş sistemini idarə edən cəsur döyüşçü idi.

1992-ci il sentyabr ayının 23-də səhər saat təxminən 10-da Xocavənd batalyonunun bir bölüyü tərkibində Martuni səhərinin azadolunması üçün Kuropakin istiqamətindən Muğanlı kəndinə gələrkən erməni silahlılarının qəfil hüçumu nəticəsində baş verən döyüşdə şəhid olmuşdur.

Ayaz Mustafa oğlu Mustafayev Həsənqala kəndinin ilk şəhidi olduğundan təhsil aldığı orta məktəbdə büstü ucaldılmış və məktəbə onun adı verilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]