Aydın Çobanoğlu — yaradıcı və ifaçı aşıq.[1]
Aydın Çobanoğlu | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Aydın Çoban oğlu Musayev |
Doğum tarixi | |
Doğum yeri | Əlimərdanlı, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (42 yaşında) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | filologiya |
Musiqi aləti | Saz |
Səs tembri | zil |
Aşıq Aydın Çoban oğlu Musayev 1951-ci ildə Tovuz rayonunun Əlimərdanlı kəndində sənətkar ailəsində dünyaya göz açıb. Aşıq Aydının ilk ustadı da atası Aşıq Çoban olub.[2]
Aşıq Aydın orta təhsilini bitirdikdən sonra Bakıda texniki ixtisas üzrə ali məktəbə daxil olsa da, orada cəmi iki il oxuyub, sonra tale onun yolunu dəyişib. ADU-nun (indiki BDU-nun) filologiya fakültəsində oxuyub. Universitetdə oxuya-oxuya bölgələrdən gələn aşıqların konsertlərində və digər tədbirlərdə yaxından iştirak edib. Hələ tələbə ikən özünün sazıyla, sözüylə respublikada tanınıb.
1975-1977-ci illərdə respublika daxili baxış-müsabiqəsinin qalibi olub. 1977-ci ildə I Ümumittifaq festivalının laureatı adını qazanıb. 1977-1979-cu illərdə Gənc aşıqların respublika baxış-müsabiqəsinin qalibi, 1984-cü ildə Polşa Xalq Respublikasında keçirilən XI Beynəlxalq Folklor festivalının, 1985-ci ildə II dünya müharibəsində qələbənin 40 illik yubileyinə həsr edilmiş ümumittifaq festivalının, 1987-ci ildə II Ümumittifaq xalq yaradıcılığı festivalının laureatı olub və həmin il eyni zamanda SSRİ Nazirlər Sovetinin Fəxri fərmanına layiq görülüb.
1988-ci ildə Lenin komsomolu mükafatına və həmin ilin fevral-mart aylarında Almaniya Demokratik Respublikasına “Dostluq səfəri” adlı konsertdəki çıxışına görə Fəxri fərmana layiq görülüb. 1988-ci ildə Aşıq Əkbər Cəfərovla birlikdə Leninqradda (Sankt-Peterburqda keçirilən “Folklor və gənclik” adlı konfransda çıxış edib. Onların bu çıxışına yüksək qiymətləndirilib.
1989-cu ildə İsveçdə keçirilən Folklor musiqi festivalında Azərbaycandan gələn musiqiçilərin tərkibində Aydın Çobanoğlu da olub.
Aşıq Aydın Çobanoğlu 1990-1991-ci illərdə Türkiyənin Konya şəhərində keçirilən “Konya aşıqlar bayramı”nda Atatürk qızıl medalına layiq görülüb.
Aşıq Aydın Çoban oğlu Musayev 1993-cü ilin mart ayının 23-də faciəli şəkildə qətlə yetirilib.[3]