Aydıntəpə — yeraltı şəhər.
Aydıntəpə yeraltı şəhəri 2,5 metr dərinliyindədir[1]. Şəhərin uzunluğu 800 metrdir. Tarixi mənbələrə görə, şəhər erkən bizans dönəmində romalılar tərəfindən qovulan xristianların sığınacaqları olub. Yeraltı şəhərdə 2-ci havalandırma salonu olmaqla 8 salon, 8 otaq, hovuz olub. Burada həmçinin insanların istifadəsi üçün ən zəruri əşyaları da görmək mümkündür.
Bu yerlə bağlı iki fikir var. Birincisi buranın daha öncə mənbələrdə adı keçən Halde şəhərinə aid olması, digəri isə qeyd etdiyim kimi xristianların yerləşməsi üçün bir sığınacaq rolunu oynaması ilə bağlıdır.
Ona görə şəhərin erkən xristianlıq dövrünə aid olduğu deyilir.Hər halda bizans dövründən günümüzə çatan bu şəhər haqqında müxtəlif versiyaların, yanaşmaların olması təbiidir. Amma əsas odur ki, bu yer indi tarixi abidə kimi qalır və turistlərun ən çox maraq göstərdiyi məkanlardan birinə çevrilib.
Türkiyə ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |