Aydağ seolitləşmiş tuf yatağı — Həsənsu və Tovuzçay çaylarının arasında Tovuz şəhərindən 5-6 km. şimal-şərqdə yerləşən yataq.
Yataq 1960-ci ildə aşkar olunmuşdur. 1969-cu ildə burada qiymətləndirmə işləri, 1970-ci ildə isə ilkin kəşfiyyat işləri aparılmışdır. Tərkibində yüksək miqdarda seolitlər olan kül tufları sənayenin və xalq təsərrüfatının müxtəlif sahəsində, müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Yataqda 1955-ci ildə dəqiq kəşfiyyat işləri başa çatmış yatağın ehtiyatı B+C1+C2 kateqoriyası üzrə 12,6 mln. ton hesablanmışdır[1].