Aygün Həsənova (Diridağlı)

Aygün Diridağlı (tam adı: Həsənova Aygün Vəzir qızı; 30 yanvar 1974, Cəbrayıl rayonu) — jurnalist, ssenari müəllifi, Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2015).[1]

Aygün Həsənova (Diridağlı)
Aygün Vəzir qızı Həsənova
Doğum tarixi (50 yaş)
Doğum yeri Cəbrayıl, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti ssenarist
Mükafatları "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı

Aygün Həsənova 1974-cü il yanvarın 30-da Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə orta məktəbi gümüş medalla başa vurub. 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin (AzTV) radiosunda jurnalist kimi fəaliyyətə başlayıb. 1996-2010-ci illərdə Azərbaycan radiosunda müxbir, veriliş müəllifi, redaktor vəzifələrində çalışıb. Aygün Diridağlı müəllif adı ilə dövrü mətbuatda, onlayn mediada çox sayda məqalələri dərc edilib. Yerli televiziyalarda filmlərin tərcüməçisi olub. 2013-cü ildə başladılan "Gəzdim Azərbaycanı" videolayihəsinin müəlliflərindən biridir. Çox sayda videoreportajların müəllifidir.

"Azərbaycantelefilm" yaradıcılıq birliyində ssenarist kimi fəaliyyət göstərib. Bir neçə sənədli filmin ssenari müəllifidir: "İşıq həsrəti", "Ömür urası", "Mömünə Xatun türbəsi", "Əbilov teatrı", "AZƏRTAC xəbər verir..." (ssenari müəllifi və rejissor) və s.

2010-2012-ci illərdə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) müxbir, 2012-ci ildən AZƏRTAC-ın videoxəbər xidmətinin rəhbəri, 2018-2020-ci illərdə Multimedia və informasiya resursları baş redaksiyasının baş redaktorunun müavini/videoxəbər xidmətinin rəhbəri olub.

2021-ci il aprelindən 2023-cü ilin yanvarınadək "Azad Azərbaycan" teleradio şirkətində Rəqəmsal media şöbəsinin müdiri işləyib.

2023-cü ilin fevralından Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) Videoinformasiya baş redaksiyasının baş redaktorudur.

Azercell şirkətinin bir sıra reklam çarxlarının mətnlərinin müəllifi olub[2].

Qazaxıstanın "Kazakh TV" telekanalı ilə birgə Azərbaycanla bağlı həyata keçirilən layihələrin müəllifidir[3].

Ailəlidir, iki övladı var.

  1. Sara Qədimova (film, 2003) (ssenari müəllifi)[4]
  2. Ağ adam (Albinos) (film, 2004) (ssenari müəllifi)[5]
  3. Əkrəm Əylisli. İşıq həsrəti (film, 2003)
  4. Ömür urası (film, 2007)
  5. Mömünə Xatun türbəsi
  6. Əbilov klubu (film, 2004) (ssenari müəllifi)[6]
  7. AZƏRTAC xəbər verir... (film, 2015)[7]
  1. "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
  2. "Azercell Rebranding commercial". 2021-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
  3. "Colours of Asia". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-14.
  4. "Sara Qədimova (film, 2003) — izlə (youtube.com)". 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
  5. "Ağ adam (Albinos) (film, 2004) — izlə (youtube.com)". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
  6. "Əbilov klubu (film, 2004) — izlə (youtube.com)". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.
  7. "AZƏRTAC xəbər verir... (film, 2015) — izlə (youtube.com)". 2020-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]