Aylar Lay (12 fevral 1984[1], Tehran[2]) — Norveç manekeni və keçmiş pornoaktrisası. Hal-hazırda o musiqi sənayesində aktirsa və müğənni kimi fəaliyyət göstərir, İsveç diceyi Basshunterin bir neçə klipində iştirak edib. Ailəsində baş verən problemlər səbəbindən o öz ailəsindən alınaraq ögey ailədə böyüdülüb.[3]
Aylar Lay | |
---|---|
Aylar Diyanəti Lay | |
Doğum adı | كايلار جنده |
Doğum tarixi | 12 fevral 1984[1] (40 yaş) |
Doğum yeri | |
Milliyyəti | Norveç |
Vətəndaşlığı | |
Fəaliyyəti | müğənni, model[d] |
Fəaliyyət illəri | 2002-ci ildən |
IMDb | ID1536949 |
Aylar İranın paytaxtı Tehran şəhərində. ailəsində anadan olub. Lakin sonradan ailəsi Norveçə köçüb. Burada bir müddət sonra o öz ailəsindən alınaraq norveçli ailənin tərbiyəsinə verilib. Öz müsahibələrində Aylar həmişə özünün norveçli olduğunu qətiyyətlə vurğulayıb.
Məktəbi bitirdikdən sonra Aylar porno filmlərdə çəkilməyə başlayıb. Diana səhnə ləqəbi altında bir neçə porno filmdə çəkildikdən sonra model fəaliyyətinə başlamaq qərarına gəlir. 2004-cü ildə o, "Miss Norveç" yarışına qatılır, lakin əvvəllər porno filmlərdə çəkildiyinə görə buradan qovulur, belə ki, yarışın şərtlərinə görə yarışa qatılanların heç biri əvvəllər çılpaq olaraq çəkilişdə olmamalıdırlar. Aylar porno filmlərdə çəkildiyinə görə İrana girişinə qadağa qoyulub və buna görə oradakı atasını ziyarət edə bilmir. Aylar öz müsahibələrində keçmişdə porno filmlərdə çəkildiyinə görə "çox peşman" olduğunu bildirib. 2004-cü ildə Aylar britaniyalı estrada ulduzu Robbi Vilyamsla sekslə məşğul olduğunu iddia edib, lakin Vilyams bu iddiaları qətiyyətlə təkzib edib.