Aylil mak Mata (irl. Ailill mac Máta) — İrlandiya mifologiyasında ailəsinin daha qədim və zəngin olması barədə onunla mübahisə edən kraliça Medbin əri.[1] Aralarındakı çəkişmə qəhrəman Kuxulin haqqında "Kualngedən öküzün oğurlanması" silsiləsinin mərkəzi saqasının süjetinə çevrilmişdir.[2]
Aylil mak Mata | |
---|---|
Cinsi | kişi[d] |
Aylil Laygin kralı Ross Ruad mac Ferqus Feyrgenin oğlu, Laygin kralı Fin mak Ross və Tara kralı Kayrbre Nia Ferin kiçik qardaşı olduğu qyed olunur. Kraliça Medb ilə evliliyindən bir oğul – Meyn Eytreamxeyl mak Oylioll dünyaya gəlmişdir. O da anasından sonra Konnaxt kralı olmuşdur.[3][4]