Aynar Karlson

Aynar Karlson (13 oktyabr 1988) — Estoniyalı boksçu. Aynar Karlson Estoniyanı 2015-ci ildə I Avropa Oyunlarında təmsil etdi. Karlson 10 yaşından boks ilə məşğul olmağa başlamışdır. Kikboksinq üzrə dünya gənclər çempionu və 9 dəfə Estoniya boks çempionudur. Boksdan əlavə kikboksinq, sərbəst güləş, cüdo və ciu-citsu ilə məşğul olur.

Aynar Karlson
Şəxsi məlumatlar
Tam adı Aynar Karlson
Vətəndaşlığı Estoniya Estoniya
Doğum tarixi (35 yaş)
Doğum yeri
İdman növü Boks
27 noyabr 2016 tarixində yenilənib.

Karyerası[redaktə | mənbəni redaktə et]

Aynar Karlson birinci dəfə Avropa Oyunlarına 2015-ci ildə qatıldı. O, Bakıda baş tutan I Avropa Oyunlarında kişilər 81 kq çəki dərəcəsində, 1/32 final mərhələsində Monteneqronun nümayəndəsi Bosko Draskoviç ilə üz-üzə gəldi. Həmin görüşdə Aynar Karlson rəqibinə 1:2 hesabı ilə uduzdu.[1]

Mənbələr[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ainar Karlson". 2015 European Games. İstifadə tarixi: 27 November 2016.[ölü keçid]