Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Aynur Akif qızı İsgəndərli — Azərbaycan müğənnisi.
Aynur İsgəndərli | |
---|---|
Aynur Akif qızı İsgəndərli | |
Ümumi məlumatlar | |
Doğum adı | Aynur Akif qızı İsgəndərli |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | vokalçı |
Janrlar | Opera , klassika, Estrada, Bəstəkar mahmıları |
Musiqi aləti | Fortepiano |
Səs tembri | Koloratur soprano |
Təhsili |
1.Mədəniyyət və İncəsənət Universiteti 2.Bakı Musiqi Akademiyası 3.Magistr 4.Doktorant |
Mükafatları | Beynəlxalq müsabiqələr laureatı. |
Aynur İsgəndərli 20 avqust 1987-ci ildə Bakı şəhərində musiqiçilər ailəsində dünyaya göz açmışdır.
Aynur İsgəndərli Samir Hacıyev adına 5 saylı ümumtəhsil məktəbini bitirmişdir. Təhsil illərində məktəbin bütün tədbirlərində fəal iştirak etmiş, fəxri diplomlarla təltif olunmuşdur. Eyni zamanda K. Səfərəliyeva adına 16 saylı yeddi illik musiqi məktəbində musiqi təhsili almiş, fortepiano sinfini bitirmişdir. Hələ 5 yaşında "Hər birimiz bir çiçək" (Ələkbər əmi) televiziya verilişinin solisti olmuşdur. Həmçinin Bənövşə uşaq xorunun tərkibində fəaliyyət göstərmişdir . Məktəb yaşlarından Vaqif Gərayzadənin rəhbərliyi altında "Şərq ulduzları" uşaq estrada-vokal ansamblının tərkibində böyük səhnələrdə konsertlərdə çıxış etmişdir. 2004-cü ildə "Azəri star" telelayihəsində ugurla iştirak edərək 3-cü yeri tutmuşdur. Musiqili Qədəmlər" adlı albomu telelahiyədən sonra işıq üzü görmüşdür. Bəstəkar Nailə Mirməmmədliyinin rəhbərliyi altında 4 nəfər qızlardan ibarət Səmavi qrupunda fəaliyyət göstərmişdir. Həmçinin Vagif Gərayzadənin rəhbərliyi altında Aypara qrupunun uzun müddət solisti olmuşdur. 2005-ci ildə Şanxayda kecirilən 8-ci Beynəlxalq Asiya Festevalına dəvət almış və "Gələcəyin ən perspektivli müğənnisi" nominasiyasını qazanmışdır. 2008-ci ildə Bakida kecirilən Eurovision secim turlarina qatilaraq ilk 3 namizəddən biri olmuşdur. 2010-cu ildə Latviyanin paytaxti Riqada kecirilən "Atlantic breeze" yarışmasında iştirak etmiş "Best Vocal" və "Asiyanin səsi" nominasiyalarını qazanaraq birinci yerə layiq görülmüşdür. 2011-ci ildə Bakı Musiqi Akademiyasında keçirilən Master klasslarda Finlandiyadan gələn müəllimlər tərəfindən bəyənilərək, Finlandiyanın Savonlinna şəhərinə dəvət almış , Savonlinna Musiqi Akademiyasında Yorma Silvastidən vokal dərsləri almışdır. Həmçinin Azərbaycandə keçirilən Bül-Bül adına Vokalçəların Beynəlxalq müsabiqəsinin və Istanbulda keçirilən Leyla Gəncər adına Vokalçıların Beynəlxalq müsabiqəsinin iştirakçısı olmuşdur.2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada, solo-oxu fakültəsində Vaqif Gərayzadənin sinfində təhsil almış, jazz musiqisinin sirlərinə yiyələnmişdir. Həmcinin Mugam ustadı Qəzənfər Abbasovdan, Baba Mirzəyevdən muğam dərsləri almış "Qatar muğamı", " MirzəHüseyn Segahı", "Bayatı şiraz", kimi çətin muğamları ifa etmişdir.2009-cu ildə İncəsənət Universiteti bitirdikdən sonra, elə həmin il ikinci ali təhsil olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına solo-oxu, Opera sinfinə qəbul olmuş Hüseyn Əliyevin sinfini Opera ifaçısı kimi 2013-cü ildə bitirmişdir.2015-ci ildə Mədəniyyət və İncəsənət Universitetininə Musiqişünaslıq üzrə Magistr pilləsinə qəbul olmuş 2017-ci ildə Magistr dərəcəsi almışdır.2019-cu ildən Bakı Musiqi Akademiyasının doktorantıdır. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasınında fortepiano ustalığı üzrə Vokal müəllimi və BMA-nın nəzdində Opera Studiyasında solist kimi çalışmışdır. Hal-hazırda Aynur İsgəndərli Azərbaycan Televiziya və radiosunun, Rəşid Behbudov adına Döblət mahnı teatrının, Müdafiə Nazirliyinin əlahiddə nümunəvi Orkestrin solistidir. Aynur İsgəndərli Bəstəkar mahniları, estrada ifaçılığıyla yanaşı, Professional Vokal ifaçısıdır. O həmçinin Lakme , Ttaviata, Rigolletto , Gecə Şahzadəsi, Sevilya bərbəri, Sevil, Arşın Mal alan kimi Opera və operettaların əsas qəhrəmaninin partiyalarıni yüksək ustalıqla ifa edir. Geniş diapazona Malik olan müğənninin səs tembri Koloratur sopranodur.
1. K Səfərəliyev adına Musiqi Məktəbi
2. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
3.Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
4. Magistratura
5. Doktorantura
İlk müəllimləri valideynləri olmuşlar. Atası və anası ali təhsilli musiqiçilərdir. Atası — Akif İsgəndərli Azərbaycanın tanınmış piano ifaçılarındandır. Hal-hazırda Əhməd Bakıxanov adına xalq calğı alətləri ansamblının üzvüdür. Anası — İradə İsgəndərli vokal və piano üzrə ali savadlı musiqiçidir. Ana babası — Mirzəağa Məmmədov Azərbaycanın tanınmiş klarnet və saksofon ifaçısi olubdur. Ata babası — Kamal İsgəndərov 40 il Azərbaycan Opera və Balet teatrında rejissor işləmişdir. Atasının babası — Azərbaycanın əməkdar artisti Qulam İsgəndərov Opera və Balet Teatrının məşhur solistlərindən olmuşdur. Ulu babası — Kazım İsgəndərov xanəndə olmuşdur. Hacı Zeynalabdin Tağıyev adına teatrda 1902-ci ildə Bakıda keçirilən 2-ci şərq konsertində Cabbar Qaryağdıoğlu, Mirseyid Mirbabayevlə yanaşı Aynurun ulu babası xanəndə Məşədi Kazım İsgəndərov da iştirak etmişdir.