Ayravata (sanskr. ऐरावत – sulardan qalxmış) — veda və hindu mifologiyasında yaradılışın əvvəlində meydana çıxan, tanrı İndraya mənsub ağ fil.[1] Ayravatanın dörd dişi və yeddi gövdəsi var. Onun arvadı fil Abharamudur. Ayravatanın digər adları Ardhamatanqa ("bulud fili"), Naqamalla ("döyüş fili") və Arkasodaradır ("günəşin qardaşı"). "Ramayana"nın məlumatına görə, Ayravatanın anası İravati olmuşdur. Ayravatanın Samudra-manthan zamanı meydana çıxdığına dair bir versiya var.[2]
Ayravata | |
---|---|
sanskr. ऐरावत | |
| |
İndranın fili | |
Mifologiya | hinduizm |
Anası | İravati |
Qardaşı | iki qardaş |
Arvadı | Abharamu |
Vikianbarda əlaqəli mediafayllar |