Aytaxt - İrəvan xanlığının Karbibasar mahalında kənd adı.
Mənbədə Haytaq formasındadır. "Əhalisi Albatanlı əşirəbindəndir". Əsli Aq-taxtdır. Rəng bildirən ağ (torpağın süxurunun ağımtıllığını bildirir) və ərəbcə təxt "yüksəklik" sözlərindən ibarətdir. Cənubi Qafqazda bir sıra toponimlərdə "taxt" (məsələn, Naxçıvanda Şahtaxtı toponimində) sözü ilə türk mənşəli taxta "dağ döşündə hamar yer" sözləri bəzi hallarda danışıqda qarışdırılmışdır.[1]