Azçiçәk şirәli

Azçiçәk şirәli (lat. Lathyrus laxiflorus (Desf.)) — Kuntze Hündürlüyü (10) 15-30 (40) sm, gövdəsi nazik, tinli, düz və ya yuxarı qalxan, bəzən qismən çoxsaylı, yumşaq qısa tüklü, nazik, sürünən, şaxəli kökümsovu olan çoxillik ot bitkisidir. Yalançı zoğları iridir, saplaqdan uzundur, yumurtaşəıkilli və ya yumurtaşəkilli-neştərvaridir, sivriləşmişdir, üçkünc qulaqlıdır.[1]

Azçiçәk şirәli
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Azçiçәk şirәli
Beynəlxalq elmi adı

Yarpaqlar bir cüt yarpaqcıqlardan ibarətdir; yarpaqcıqlar düzgün elliptik, qaidə və uc hissəsinə doğru daralmış, sivridir, adətən qısa sivri uculudur, 5-7 ədəd qövsşəkilli damarı vardır, uzunluğu 20–40 mm, eni 7-15 (20) mmdir.[1]

Çiçək oxu 2-5 ədəd çiçəkli olub, yarpaqlara bərabər və ya ondan uzundur. Tac bənövşəyi-göyümtül rəngdədir, uzunluğu 15–20 mm-dir.[1]

Paxlalar xətlidir, uzunluğu 2,5-3 sm-dir, uzun tüklüdür.[1]

Çiçəkləməsi

[redaktə | mənbəni redaktə et]

(Aprel) May-İyun[1]

Meyvə verməsi

[redaktə | mənbəni redaktə et]

İyun-İyul[1]

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, Lənk. dağ. Aşağı və orta dağ qurşağında. (1700 m d.s.y.) [1]

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Meşələrdə və kolluqlarda rast gəlinir. Yamacları torpaq erroziyasından qoruyur.[1]

  1. 1 2 3 4 5 6 7 8 Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016