Azərçay — Azərbaycanın ilk milli çay markasıdır. Bu marka yüksək keyfiyyətli çayların qarışığı olmaqla, fərqli istehlakçı zövqünü oxşayan rəngarəng çay çeşidlərini əhatə edir.[1]
Azərçay | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 2010 |
Baş qərargahın yeri | Azərbaycan |
azercay.az | |
Vikianbarda əlaqəli mediafayllar |
Azərsun Holdinq Azərbaycanın Lənkəran və Astara bögələrində olan Lənkəran 1 nömrəli çay emal fabriki və Astara 2 nömrəli çay emal fabriklərində çay sahələrində yığılmış yaşıl çay yarpaqlarından qara məxməri çay və yaşıl məxməri çay istehsal etməkdədir. Lənkəran və Astara çay fabrikalarının hər birinin günlük istehsal gücü 25-30 tondur. Masallı rayonunda yeni çay plantasiyası salınması üçün 100 hektarlık torpaq sahəsi alınmış və sahələrdə layihədə nəzərdə tutulmuş şəkildə çalışmalar davam etdirilməkdərdir.[2]“Sun Tea Çay Paketləmə fabriki” texnoloji prosesdə müasir texnologiyadan istifadə etməklə, beynəlxalq standartlara və sanitar gigiyenik qaydalara cavab verən çay məhsulları istehsal etməkdədir. Sun Tea Çay Paketleme fabrikinin illik istehsal gücü birdəfəlik qablaşdırmada olan çaylar üçün 700ton, qutu qablaşdırmada olan məhsullar üçün 16min tondur.[3]
Yüksək keyfiyyəti və zəngin məhsul çeşidləri ilə AZERÇAY markası dünya bazarında cox böyük rəğbət qazanmışdır. Hal-hazırda AZERÇAY Rusiya, Ukrayna, Belorusiya, Litva, Polşa, Qazaxıstan, Qırğızstan, Çin, Almaniya, ABŞ kimi ölkələrə ixrac edilməkdədir.[4]
“AZERÇAY”ın yerli və beynəlxalq mükafatlar siyahısı kifayət qədər zəngindir. Onlardan bəziləri: - 2005 və 2007-ci illərdə III və V Ümumdünya Çay və Qəhvə Festivalında “Qara, ətirli çay” nominasiyasında qızıl medal və diplom; - 2011-ci ildə Azərbaycanda keçirilən “Brand Award” müsabiqəsində “İlin bir nömrəli markası” mükafatı; - 2013-cü ildə Moskva şəhərində keçirilən “Dünya Qida 2013” sərgisində yüksək keyfiyyətli çay nominasiyasında “İlin məhsulu” mükafatı; - 2017-ci ildə Azərbaycanda keçirilən “Xalq seçimi” müsabiqəsində “Ən çox sevilən çay” mükafatı.