Azər Əfəndiyev (Əfəndiyev Azər Həmid oğlu; d. 16 may 1947. Bakı, Azərbaycan SSR, SSRİ) — Rusiya alimi, Fəlsəfə elmləri doktoru, professor. MTU AİM‑in ordinar professoru. MTU AİM‑in menecment fakültəsinin şirkətin sosial təşkili araşdırmalar Mərkəzinin direktoru.
Azər Əfəndiyev | |
---|---|
Əfəndiyev Azər Həmid oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | Fəlsəfə elmləri doktoru |
Elmi adı | professor |
Alma-mater | V.İ.Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutu |
Əfəndiyev Azər Həmid oğlu 1947-ci il mayın 16-da Bakıda anadan olub. 1969-cu ildə V.İ.Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib. SSRİ EA-nın Fəlsəfə İnstitutunda namizədlik dissertasiyasını, 1992-ci ildə isə “Şəxsiyyətin formalaşması: sosiologiya nəzəriyyəsinin əsas prinsipləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.[1]
1999-cu ildən A.Əfəndiyev Milli Tədqiqat Universitetinin “Ali İqtisad Məktəbi”nin (MTU AİM) menecment fakültəsində çalışır. 2003-2009-cu illərdə həmin fakültənin dekanı olub. Menecment fakültəsi məhz onun rəhbərliyi ilə yüksək inkişaf mərhələsinə çıxaraq RF-də menecment sektorunda ali təhsil sahəsində liderlərdən biri olub, bir sıra aparıcı xarici ali məktəb və elmi mərkəzlərlə əlaqələrini gücləndirərək beynəlxalq səviyyədə tanınıb. Menecment fakültəsinin məzunları əmək bazarında yüksək qiymətə malikdir. 2004-2010-cu illərdə A.Əfəndiyev insan resurslarının idarə olunması kafedrasının müdiri vəzifəsini icra edib. Onun rəhbərliyi altında MTU AİM-də “İnsan resurslarının idarə olunması” magistr proqramı və müvafiq elmi istiqamət yaradılıb. 2010-cu ildə A.Əfəndiyev MTU AİM-in menecment fakültəsində şirkətin sosial təşkili Mərkəzinə rəhbərlik edib.
A.Əfəndiyev təhsil və metodiki fəaliyyətini hər zaman sistematik nəzəri və empirik tədqiqat işləri ilə birləşdirib. Bununla yanaşı, irəli sürülən nəzəri konsepsiyaların zənginləşdirilməsi və sübutu üçün aktiv istifadə olunan empirik məlumatların nəzəri işləri və analizi arasındakı qırılmaz bağlılıq elmi fəaliyyətinin mühüm prinsipidir. Son illər o, bir sıra elmi-tədqiqat layihələrinə (o cümlədən aspirantların elmi işlərinə) rəhbərlik edib, kütləvi sosioloji tədqiqatlar aparıb. Bunun nəticəsi olaraq bir neçə kitab, o cümlədən ümumi sosiologiya üzrə dərs vəsaiti çap olunub, bir sıra monoqrafiyalar dərc edilib. A.Əfəndiyev ümumilikdə 80-dən çox məqalənin müəllifidir. Ümumi sosiologiyanın nəzəri, metodoloji və empirik problemləri, təhsil sosiologiyası və idarəetmə sosiologiyası A.Əfəndiyevin elmi tədqiqat işlərinin əsas mövzularına daxildir. Ümumi sosiologiya üzrə onun redaktorluğu ilə hazırlanan dərs vəsaiti RF Təhsil Nazirliyi tərəfindən tövsiyə olunub. Biznesin sosiologiyası və şirkətin sosial təşkili problemləri son 10 ildə A.Əfəndiyevin elmi işlərinin əsas mövzularından biridir.
A.Əfəndiyev aparıcı xarici elmi mərkəzlərlə beynəlxalq elmi-tədqiqat əməkdaşlığını aktiv surətdə inkişaf etdirir. Hazırda Şirkətin Sosial Təşkili Araşdırmalar Mərkəzi bir sıra Avropa ölkələrində fəaliyyət göstərən həmkarları ilə sıx əlaqələr yaradıb. Xarici nəşrlərdə bir sıra məqalələr (dərc olunan və ya resenziyaya təqdim edilən), həmçinin beynəlxalq elmi konfranslar çərçivəsində sosial münasibətlər və biznesin sosial təşkili problemlərinə həsr olunan və xarici məruzəçilərin iştirakı ilə hər il keçirilən xüsusi seksiyaların təşkili bu əməkdaşlığın nəticəsidir.